09 İyul 2026
Dünya futbolu

“Barselona” fransalı futbolçunu istəyir – 150 milyon ödənməlidir 

“Barselona” yay transfer dövründə “Arsenal”ın müdafiəçisi Vilyam Salibanı heyətinə qatmaq niyyətindədir.

İdmanxeber.az xəbər verir ki, bu barədə “CaughtOffside” məlumat yayıb. Mənbənin iddiasına görə, La Liqa çempionu yeni mövsüm öncəsi müdafiə xəttini gücləndirməyi planlaşdırır və Fransa millisinin üzvünü transfer siyahısına daxil edib.

Lakin “Arsenal” 24 yaşlı futbolçunu satmaq niyyətində deyil. London təmsilçisi yalnız təxminən 150 milyon avroluq təklif olacağı təqdirdə mümkün transferi nəzərdən keçirməyə hazırdır.

Qeyd edək ki, Saliba ötən mövsüm “Arsenal”ın heyətində bütün turnirlərdə 46 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Müdafiəçi bu gün Fransa millisinin Mərakeşə qarşı dünya çempionatının 1/4 final oyununda meydana çıxacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43