“Kəpəz” növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir.
İdmanxeber.az-a verilən məlumata görə, Gəncə təmsilçisi “Turan Tovuz”dan ayrılan Şəhriyar Əliyevi heyətini qatmaq istəyib. Tərəflər arasında danışıq olsa da, razılıq əldə edilməyib. “Kəpəz”in təklif etdiyi şərtlər təcrübəli müdafiəçini qane etməyib.
Əliyev bir müddətdir Özbəkistan klublarının maraq dairəsindədi. O, hazırda həmin ölkənin danışıq apardığı klublarından cavab gözləyir.
Xatırladaq ki, millimizin sabiq üzvü bu yay Tovuz klubundan ayrılıb. O, hazırda azad agentdir və özünə klub axtarır.

