08 İyul 2026
Dünya futbolu

“Yuventus” argentinalı qapıçını gözləyir

“Yuventus” qapıçı axtarışlarını davam etdirir.

İdmanxeber.az-ın məlumatına görə, Turin təmsilçisi “Aston Villa”nın qapıçısı Emiliano Martinesi əsas namizədlərdən biri hesab edir. Klub yaxın günlərdə futbolçunun nümayəndələri ilə növbəti görüşünü keçirməyi planlaşdırır.

İngilis klubu hələlik qapıçını satmağa tələsməsə də, uyğun təklif olacağı halda danışıqlara açıqdır.

33 yaşlı argentinalı qolkiper ötən mövsüm bütün turnirlərdə 47 oyunda forma geyinib, 16 matçda qapısını toxunulmaz saxlayıb.

Hazırda transferlə bağlı klublar arasında rəsmi razılıq yoxdur və danışıqlar davam edir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43