08 İyul 2026
Ölkə futbolu

“Sabah” UEFA reytinqində Azərbaycanın əmsalını artırdı

“Sabah” UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda Uelsin TNS klubunu məğlub etməklə Azərbaycanın UEFA reytinqinə növbəti xalları qazandırıb.

İdmanxeber.az-ın məlumatına görə, Masazır təmsilçisinin qələbəsi ölkənin əmsalına 0,250 xal əlavə edib. Hazırda Azərbaycan 18,812 xalla 26-cı pillədə qərarlaşıb.

Ölkəmiz 27-ci sıradakı Slovakiyanı (18,250) qabaqlayır, 25-ci yerdə isə İsrail (20,750) qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43