“Latsio”nun müdafiəçisi Mario Xila karyerasını “Milan”da davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, klublar 25 yaşlı ispaniyalının transferi ilə bağlı razılığa gəlib. “Rossoneri” bu keçid üçün 30 milyon avro ödəyəcək. Məbləğin 50 faizi futbolçunun keçmiş klubu “Real”a çatacaq.
Xila “Milan”la 5 illik müqavilə imzalayacaq. O, 2022-ci ildən “Latsio”nun formasını geyinirdi.

