Qırğızıstanın “Alay” klubu azərbaycanlı futbolçu Camal Cəfərovun transferini rəsmən açıqlayıb.
İdmanxeber.az-ın məlumatına a görə, komanda futbolçu ilə müqavilə bağlayıb. Cəfərov daha əvvəl Azərbaycanda “Sabah” və “Kəpəz”, Rusiyada isə “Anji” klublarının şərəfini qoruyub.
O, həmçinin Azərbaycanın müxtəlif yaş qrupları üzrə milli komandalarında çıxış edib.
“Alay” yeni transferi sosial şəbəkə hesabında “Xoş gəldin, Camal Cəfərov!” sözləri ilə təqdim edib.
Müqavilənin müddəti isə açıqlanmayıb.

