08 İyul 2026
Ölkə futbolu

Konfrans Liqası: “Zirə” “Torpedo”nu qəbul edir – YENİLƏNİR

Bu gün “Zirə” Konfrans Liqasının I təsnifat mərhələsində ilk oyununa çıxacaq.

İdmanxeber.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv Gürcüstanın “Torpedo” (Kutaisi) komandasını qəbul edəcək.

Matça 20:00-da start veriləcək.

20:00 “Zirə” (Azərbaycan) – “Torpedo” (Kutaisi, Gürcüstan)

Sumqayıt, SOCAR Polimer Arena
Baş hakim: Yoni Hyuttiya (Finlandiya).

Komandalar arasında cavab oyunu iyulun 16-da Kutaisidə keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43