08 İyul 2026
Ölkə futbolu

Azərbaycan millisinin sabiq futbolçusu Gürcüstan klubunda

“Zirə”dən ayrılan Eldar Quliyev karyerasını Gürcüstanda davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu bu ölkənin “İberiya 1999” klubu ilə anlaşıb. O, yeni komandasına azad agent kimi qoşulub.

Üç ildir “qartallar”da çıxış edən Eldar komanda ilə bütün turnirlərdə 94 oyun keçirib, 2 qol vurub və 6 assist edib.

O, bir dönəm Azərbaycan U-16 millisinin üzvü olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43