“Arsenal” azad agent statusunda olan qapıçı İllan Meslyenin transferini yekunlaşdırmağa yaxındır.
İdmanxeber.az-ın məlumatına görə, London təmsilçisi fransalı qolkiperi David Rayanın əsas ehtiyatçısı kimi heyətə cəlb etmək istəyir. Hazırda tərəflər müqavilənin son detallarını müzakirə edir və razılığın yaxın olduğu bildirilir.
Meslye ötən mövsüm “Lids Yunayted”in heyətində 44 oyunda meydana çıxıb, 18 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.
Onun “Arsenal”a azad agent kimi qoşulacağı gözlənilir.

