08 İyul 2026
Ölkə futbolu

Konfrans Liqası: “Zirə”dən darmadağın – YENİLƏNİB 

Bu gün “Zirə” Konfrans Liqasının I təsnifat mərhələsində ilk oyununa çıxıb.

İdmanxeber.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv Gürcüstanın “Torpedo” (Kutaisi) komandasını qəbul edib.

Matça Azərbaycan təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

20:00 “Zirə” (Azərbaycan) – “Torpedo” (Kutaisi, Gürcüstan) 3:0

Qol: Ruan Renato, 33, 63 (pen), Davit Volkov, 48

Sumqayıt, SOCAR Polimer Arena
Baş hakim: Yoni Hyuttiya (Finlandiya).

Komandalar arasında cavab oyunu iyulun 16-da Kutaisidə keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43