“Nyukasl” “Feyenoord”un əlcəzairli cinah oyunçusu Anis Hac Musanı heyətinə qatmaq istəyir.
İdmanxeber.az-ın məlumatına görə, transferin dəyərinin 30 milyon funt sterlinq olacağı bildirilir. Futbolçu Səudiyyə Ərəbistanından gələn təklifləri geri çevirərək Premyer Liqaya üstünlük verir.
24 yaşlı vinger 2025/26 mövsümündə 47 oyunda 15 qol və 10 məhsuldar ötürmə edib.

