“Seltik”in baş məşqçisi Martin O’Nil İrlandiyanın “Şelburn” komandası ilə Dublində keçirilən və 1:1 hesabı ilə başa çatan yoxlama oyunundan sonra Kamilo Duran barədə danışıb.
İdmanxeber.az-ın məlumatına görə, yerli mətbuata danışan təcrübəli mütəxəssis kolumbiyalı barədə xoş sözlər deyib:
“O, komandaya nə qata bilər? Əlbəttə, hələ çox gənc futbolçudur. Düşünürəm ki, onun ən güclü cəhətlərindən biri topu yaxşı saxlamağı və komanda yoldaşlarının hücuma qoşulmasına şərait yaratmağı bacarmasıdır. Düşünürəm ki, bu baxımdan çox güclü futbolçudur. Bizə bir neçə yeni oyunçu lazımdır. Məsələ çox sadədir. Amma hesab edirəm ki, o, komandamız üçün yaxşı əlavə olacaq. Ümid edirəm ki, sonradan bu sözlərimə peşman olmaram”.
Xatırladaq ki, Duranın artıq Şotlaniyada olduğu və yaxın vaxtda yeni klubu ilə müqavilə imzalayacağı gözlənilir.

