“Roma”nın ulduz hücumçusu Paulo Dibala karyerasını İtaliya paytaxtında davam etdirməyə yaxındır.
İdmanxeber.az-ın məlumatına görə, argentinalı futbolçu maaşında endirimə gedərək yeni müqaviləyə razılıq verib. Sazişin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir. Bununla da son günlər ortaya çıxan ayrılıq iddiaları arxa plana keçib.
32 yaşlı futbolçu ötən mövsüm 39 oyunda 18 qol vurub, 11 məhsuldar ötürmə edib. Yeni müqavilənin 2028-ci ilin yayına qədər nəzərdə tutulduğu bildirilir.

