09 İyul 2026
Dünya futbolu

Portuqaliya millisinin yeni baş məşqçisi müəyyənləşdi

Portuqaliya millisinin yeni baş məşqçisi müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, komandaya bundan sonra portuqaliyalı mütəxəssis Jorje Jesus rəhbərlik edəcək. Təcrübəli çalışdırıcının Portuqaliya Futbol Federasiyası ilə razılığa gəldiyi bildirilir.

Jorje Jesus son olaraq “Əl-Nəssr”i çalışdırıb və 2025/26 mövsümünün sonunda klubdan ayrılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43