09 İyul 2026
Ölkə futbolu

Avropa Liqası: “Qarabağ” İslandiya klubunu qəbul edir – YENİLƏNİR 

“Qarabağ” bu gün Avropa Liqasında bu mövsüm ilk matçına çıxacaq.

İdmanxeber.az xəbər verir ki, Ağdam klubu I təsnifat mərhələsində İslandiyanın “Vestri” klubu ilə üz-üzə gələcək.

Komandalar arasındakı ilk oyun Bakıda keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyunu Moldovadan olan hakimlər idarə edəcəklər.

Qeyd edək ki, komandalar arasındakı cavab oyunu iyulun 17-də Reykyavikdə keçiriləcək.

Avropa Liqası
I təsnifat mərhələsi

20:00. “Qarabağ” – “Vestri”
Baş hakim: Roman Jitari (Moldova).
Tofiq Bəhramov adına Respublika stadionu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43