“Fulham”ın yeni baş məşqçisi Alvaro Arbeloanın sabiq klubu “Real”dan üç futbolçunun transferində maraqlı olduğu bildirilir.
İdmanxeber.az-ın məlumatına görə, London təmsilçisi Franko Mastantuono, Fran Qarsiya və Qonsalo Qarsiyanı heyətinə qatmaq istəyir.
Məlumata görə, Mastantuononun icarəyə götürülməsi variantı nəzərdən keçirilir, Fran Qarsiya isə “Real”in Mark Kukurelyanı transfer etməsindən sonra satıla bilər.
Qonsalo Qarsiyanın gələcəyi ilə bağlı qərarın klubun mövsümöncəsi turundan sonra veriləcəyi gözlənilir.

