09 İyul 2026
Dünya futbolu

Adeyemi “Barselona” ilə razılaşdı – “Borussiya”ya qərarını bildirdi

Almaniya millisinin və Dortmund “Borussiya”sının futbolçusu Kərim Adeyemi karyerasını “Barselona”da davam etdirməyə yaxındır.

İdmanxeber.az-ın məlumatına görə, 23 yaşlı cinah oyunçusu Kataloniya klubu ilə şəxsi müqavilə şərtlərində razılıq əldə edib. Adeyemi Dortmund təmsilçisinin rəhbərliyinə də yalnız “Barselona”ya keçmək istədiyini bildirib.

Xəbərdə qeyd olunur ki, futbolçunun “Borussiya” ilə müqaviləsinin başa çatmasına iki il qalıb və o, yeni sözləşmə imzalamağı planlaşdırmır.

Bildirilir ki, “Barselona” artıq Dortmund klubuna rəsmi transfer təklifi göndərib. İspaniya çempionu keçidi qısa müddətdə rəsmiləşdirmək istəyir və danışıqları sürətləndirib.

Adeyemi ötən mövsüm bütün turnirlərdə 41 oyunda meydana çıxıb, 13 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43