09 İyul 2026
Dünya futbolu

“Reyncers” Norveçli istedadı transfer etmək istəyir

Şotlandiyanın “Reyncers” klubu “Tromse”nin yarımmüdafiəçisi Yens Hyerto-Dalı transfer siyahısına daxil edib.

İdmanxeber.az-ın məlumatına görə, 20 yaşlı futbolçuya görə ilk təklif qəbul edilməsə də, danışıqlar davam edir. Gənc oyunçunun özü də “Reyncers”ə keçməyə isti baxdığını gizlətməyib.

O, bu mövsüm 17 oyunda 3 qol və 4 məhsuldar ötürmə ilə diqqət çəkib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43