09 İyul 2026
Dünya futbolu

“Arsenal” tarixə düşəcək transferə hazırlaşır

“Arsenal” “Brügge”nin vingeri Xristos Tzolisi heyətinə qatmağa hazırlaşır.

İdmanxeber.az-ın məlumatına görə, London təmsilçisi 24 yaşlı futbolçu üçün 35 milyon funt sterlinq ödəyəcək. Bu transfer baş tutacağı halda, Tzolis Yunanıstan futbol tarixinin ən bahalı oyunçusuna çevriləcək.

Bildirilir ki, “Arsenal” bu keçidlə komandadan ayrılması gözlənilən Leandro Trossardı əvəz etməyi planlaşdırır.

Tzolis ötən mövsüm “Brügge”nin heyətində 52 oyunda 22 qol vurub və 29 məhsuldar ötürmə edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43