09 İyul 2026
Ölkə futbolu

“Sumqayıt” portuqaliyalı baş məşqçi ilə anlaşdı – RƏSMİ

“Sumqayıt” Futbol Klubunun yeni baş məşqçisi məlum olub.

İdmanxeber.az-ın məlumatına görə, klubumuz portuqaliyalı mütəxəssis Filipe Kandido ilə 1 illik müqavilə imzalayıb.

Bu gün klubun təsisçisi və baş sponsoru olan “Azərikimya” İB-nin ofisində təşkilatın baş direktoru və klubun Müşahidə Şurasının sədri Elnur Məmmədli yeni baş məşqçini qəbul edib.

Sədr portuqaliyalı mütəxəssisə xatirə hədiyyələri təqdim edib qarşıdakı mövsümdə işlərində uğurlar arzulayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43