“Qarabağ” bu gün Avropa Liqasında bu mövsüm ilk matçına çıxacaq.
İdmanxeber.az xəbər verir ki, Ağdam klubu I təsnifat mərhələsində İslandiyanın “Vestri” klubu ilə üz-üzə gələcək.
Komandalar arasındakı ilk oyun Bakıda keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyunu Moldovadan olan hakimlər idarə edəcəklər.
Qeyd edək ki, komandalar arasındakı cavab oyunu iyulun 17-də Reykyavikdə keçiriləcək.
Avropa Liqası
I təsnifat mərhələsi
20:00. “Qarabağ” – “Vestri” 3:0
Qollar: Zakaria Savo, 30, Abdullah Zubir, 45+2, Renaldo Sefas, 86
Baş hakim: Roman Jitari (Moldova).
Tofiq Bəhramov adına Respublika stadionu.

