10 İyul 2026
Dünya futbolu

“Çelsi” Qarnaçonun gedişinə mane olmayacaq

“Çelsi” Alexandro Qarnaçonun bu yay komandadan ayrılmasına mane olmayacaq.

İdmanxeber.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Bildirilir ki, London klubu argentinalı vinger üçün uyğun təklif alacağı təqdirdə onun transferinə razılıq verəcək.
Qarnaço ötən yay “Mançester Yunayted”dən “Çelsi”yə keçmişdi.

O, 2025/26 mövsümündə 43 oyunda meydana çıxaraq 8 qol vurub. Buna baxmayaraq, 22 yaşlı futbolçu Argentina millisinin 2026-cı il dünya çempionatı heyətinə daxil edilməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43