10 İyul 2026
Dünya futbolu

“Borussiya” “Barselona”nın təklifini geri çevirdi

“Borussiya” (Dortmund) “Barselona”nın Kərim Adeyemi üçün göndərdiyi ilk rəsmi təklifi qəbul etməyib.

İdmanxeber.az-ın məlumatına görə, Almaniya klubu 24 yaşlı cinah oyunçusunu daha yüksək məbləğə qiymətləndirir. Kataloniya təmsilçisi isə yaxın günlərdə yeni təklif hazırlamağı planlaşdırır.

Adeyemi ötən mövsüm bütün turnirlərdə məhsuldar çıxışı ilə diqqət çəkib və “Barselona”nın əsas transfer hədəflərindən biri sayılır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43