10 İyul 2026
Ölkə futbolu

Duran “Qarabağ”dan ayrıldı, “Seltik”lə 5 illik müqavilə imzaladı – RƏSMİ

“Qarabağ” futbolçusu Kamilo Duranın Şotlandiyanın “Seltik” komandasına keçidi rəsmiləşib.

İdmanxeber.az xəbər verir ki, bu haqda Ağdam klubu məlumat yayıb.

Qeyd edilib ki, futbolçunun transferi ilə bağlı Şotlandiyanın “Seltik” klubunun təklifi və kolumbiyalı hücumçunun istəyi nəzərə alınaraq müsbət cavablandırıb.

Klublar arasında aparılan danışıqların uğurla yekunlaşıb və tərəflər arasında razılıq əldə olunub.

  Şotlaniyada klubunun kolumbiyalı futbolçu ilə 5 illik müqavilə imzaladığı bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43