10 İyul 2026
Dünya futbolu

“İnter” və “Komo” transfer uğrunda mübarizə aparır

“Çelsi”nin müdafiəçisi Trevo Çaloba karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

İdmanxeber.az xəbər verir ki, “İnter” və “Komo” 26 yaşlı mərkəz müdafiəçisini transfer etmək istəyir. “Gazzetta dello Sport”un məlumatına görə, hər iki klub yay transfer pəncərəsi başa çatmamış futbolçunu heyətinə qatmağa çalışır.

“Çelsi” heyətində yenidənqurma işlərini davam etdirdiyindən, Çalobanın gələcəyi qeyri-müəyyən olaraq qalır. Hazırda onun transferi uğrunda mübarizədə məhz “İnter” və “Komo” ön plandadır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43