“Barselona” PSJ-nin cinah hücumçusu Bredli Baroolanı transfer etmək üçün mübarizəyə qoşulub.
İdmanxeber.az-ın məlumatına görə, Kataloniya klubu fransalı futbolçunu hücum xəttini gücləndirmək üçün əsas namizədlərdən biri hesab edir. Son həftələrdə Barkola ilə ən ciddi maraqlanan klub “Arsenal” idi.
22 yaşlı futbolçu ötən mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 50 oyuna çıxaraq 21 qol vurub və 19 məhsuldar ötürmə edib, komandasının əsas hücumçularından biri olub.

