10 İyul 2026
Ölkə futbolu

“Şəfa” fransalı futbolçu ilə anlaşdı – RƏSMİ

“Şəfa” yarımmüdafiəçi Musa Quelini heyətinə qatıb.

İdmanxeber.az-ın məlumatına görə, 27 yaşlı fransalı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Musa son olaraq Şimali Makedoniyanın “Tikves” klubunda çıxış edib.

O, karyerası ərzində Türkiyədə “Samsunspor”un, Fransada isə “Dankerk”, “Red Star”, “Valansyen” və “Loryan” klublarının formasını geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43