“Mançester Siti” “Şeffild Uensdey”in qapıçısı Pirs Çarlzı heyətinə qatıb.
İdmanxeber.az xəbər verir ki, Şimali İrlandiya millisinin üzvü olan 20 yaşlı qolkiperlə 5 illik müqavilə imzalanıb.
Pirs Çarlz 2026/27 mövsümünü icarə əsasında Çempionşip təmsilçisi QPR-də keçirəcək.
Klub rəhbərliyi onun müntəzəm oyun praktikası qazanmasının inkişafı üçün vacib olduğunu hesab edir.

