“Qarabağ” heyətini daha bir müdafiəçi ilə gücləndirməyə yaxındır.
İdmanxeber.az-ın məlumata görə, Ağdam təmsilçisi “Partizan”ın mərkəz müdafiəçisi Nihad Muyakiçin transferi üçün danışıqları yekunlaşdırmaq üzrədir. Tərəflərin yaxın günlərdə razılığa gələcəyi gözlənilir.
30 yaşlı bosniyalı stoperin “Partizan”la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Bosniya və Herseqovina millisinin üzvü olan Muyakiç yığmada 12 oyunda 1 qol vurub.

