11 İyul 2026
Dünya futbolu

“Barselona”nın futbolçusu PSJ-yə keçir

PSJ klubu İspaniyanın “Barselona” komandasının hücumçusu Ferran Torresi transfer etməyə yaxındır.

İdmanxeber.az-ın məlumatına görə, Paris təmsilçisi ilə 26 yaşlı ispan futbolçu arasında transferlə bağlı ilkin razılıq əldə olunub.

Bildirilib ki, “Barselona” əvvəlcə Ferran Torreslə müqaviləni uzatmağı planlaşdırırdı. Onun Kataloniya klubu ilə hazırkı sözləşmə müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Ferran Torres 2022-ci ildən “Barselona”da çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43