“Arsenal” heyətini daha bir ulduz futbolçu ilə gücləndirməyə hazırlaşır.
İdmanxeber.az xəbər verir ki, London təmsilçisi “Atletiko”nun hücumçusu Xulian Alvaresi transfer etmək niyyətindədir. İngiltərə mətbuatının yaydığı məlumata görə, “topçular” yaxın günlərdə Madrid klubu ilə rəsmi danışıqlara başlamağı planlaşdırır.
Mikel Artetanın argentinalı forvardı yay transfer pəncərəsində əsas hədəflərdən biri hesab etdiyi bildirilir. Hazırda tərəflər arasında rəsmi razılıq əldə olunmasa da, transferin reallaşma ehtimalı yüksək qiymətləndirilir.
Alvaresin gələcəyi ilə bağlı yekun qərarın yaxın həftələrdə veriləcəyi gözlənilir.

