I Liqada mübarizə aparan “Səbail” müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
İdmanxeber.az xəbər verir ki, Bayıl təmsilçisi Fuad Bayramovu rənəglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı sol cinah müdafiəçisi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Fuad Bayramov 2025/26 mövsümünün birinci yarısında “Zirə”də, ikinci yarısında isə “Mingəçevir”də çıxış edib.

