13 İyul 2026
Ölkə futbolu

“Kəpəz” portuqaliyalı qapıçı ilə anlaşdı – RƏSMİ

“Kəpəz” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib.

İdmanxeber.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Gəncə təmsilçisi Rojerio Santosu heyətinə qatıb. Qapıçı ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Portuqaliyalı qolkiper son olaraq İsrailin “İroni Tiberias” klubunda çıxış edib. “Braqa”nın yetirməsi olan 26 yaşlı qapıçı 2024-2025-ci illər mövsümündə də “sarı-göylər”in formasını geyinib. Rojerio Portuqaliyanın aşağı yaş qrupları üzrə milli komandalarının üzvü olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43