“Tottenhem” yay transfer dönəmində müdafiə xəttini gücləndirmək niyyətindən əl çəkmir.
İdmanxeber.az-ın məlumatına görə, London təmsilçisi daha bir mərkəz müdafiəçisi üçün danışıqlar aparır. Futbolçu ilə A Seriyası klublarından biri də maraqlansa da, “Tottenhem” transfer yarışında fəal iştirak edir.
Klub rəhbərliyi bu yay üçüncü müdafiəçi transferini reallaşdırmağı planlaşdırır. Yaxın günlərdə rəsmi təklifin göndərilməsi gözlənilir.

