14 İyul 2026
Kateqoriyasız

“Qalatasaray” Aşuru transfer etmək istəyir

“Qalatasaray” Misir millisinin və “Əl-Əhli”nin yarımmüdafiəçisi Emam Aşuru transfer siyahısına daxil edib.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu 28 yaşlı futbolçunun keçidi üçün hərəkətə keçib. Aşurun “Əl-Əhli” ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

Misirli futbolçu ilə “Seltik”, “Derbi”, “Kolambus Kryu” və “Vest Hem”in də maraqlandığı bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43