Albaniyanın “Eqnatiya” klubunda forma geyinən azərbaycanlı futbolçu Zamiq Əliyevin ölkədən çıxışına qadağa qoyulduğunu xəbər vermişdik. Futbolçunun hərbi xidmətlə bağlı problemi olduğu üçün belə bir qərar verilmişdi.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, artıq problem həll olunub. Əliyevin ölkədən çıxışına qoyulan qadağa götürülüb.
O, komandasının düşərgəsinə yollanmaq üçün ölkəkimizi tərk edib.
Xatırladaq ki, “Eqnatiya” ötən mövsüm Albaniya çempionu olub. Komanda Çempionlar Liqası I təsnifat mərhələsi ilk oyununda “Petrokub”la heç-heçə edib – 1:1.

