14 İyul 2026
Dünya futbolu

“Mançester Siti” 100 milyon avroluq transferə hazırlaşır

“Mançester Siti” “Lill”in 18 yaşlı yarımmüdafiəçisi Ayyoub Bouaddini heyətinə qatmaq üçün danışıqları sürətləndirib.

İdmanxeber.az-ın məlumatına görə, İngiltərə klubu istedadlı futbolçu üçün təxminən 100 milyon avro ödəməyə hazırdır. Premyer Liqa klubu Bouaddini gələcəyin əsas ulduzlarından biri hesab etdiyi bildirilir.

Tərəflər arasında danışıqlar davam edir və transferin yaxın günlərdə yekunlaşa biləcəyi vurğulanır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43