14 İyul 2026
Dünya futbolu

Qrinvud transferinin detalları bəlli oldu

“Fənərbağça” “Marsel”in hücumçusu Meyson  Qrinvudun transferini başa çatdırmağa yaxındır.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu bu keçid üçün 40 milyon avro və əlavə 2 milyon avro bonus ödəyəcək.

Bu transferdən “Mançester Yunayted” də gəlir əldə edəcək. İngilis klubu əvvəlki satış müqaviləsindəki faiz maddəsinə əsasən təxminən 10 milyon avro qazanacaq.

23 yaşlı Qrinvud ötən mövsüm “Marsel”də 38 oyunda 26 qol vurub və 8 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43