14 İyul 2026
Dünya futbolu

Xabi Alonso Enso Fernandeslə görüşüb

“Çelsi”nin baş məşqçisi Xabi Alonso komandanın gələcək planlarını qurmağa başlayıb.

İdmanxeber.az-ın məlumatına görə, ispaniyalı mütəxəssis argentinalı yarımmüdafiəçi Enso Fernandes və onun nümayəndələri ilə görüş keçirib. Görüşdə futbolçunun gələcəyi və klubdakı rolu müzakirə olunub.

24 yaşlı Enso ötən mövsüm “Çelsi”nin heyətində 47 oyunda 8 qol vurub, 14 məhsuldar ötürmə edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43