“Mançester Yunayted” “Borussiya”nın cinah müdafiəçisi Yulian Ryuersonun nümayəndələri ilə danışıqlara başlayıb.
İdmanxeber.az-ın məlumatına görə, norveçli müdafiəçi Dortmund klubunda 18 assistlə möhtəşəm mövsüm keçirdikdən sonra bu yay dünya çempionatında da diqqət çəkib. Ryuersonun hər iki cinahda oynaya bilməsi və hücuma verdiyi böyük dəstək, müdafiədən hücum qurmaq istəyən baş məşqçi Maykl Kerrik üçün bu transferi olduqca cəlbedici edir.
Tərəflər arasında danışıqların davam etdiyi və anlaşmanın yaxın olduğu bildirilir.

