14 İyul 2026
Ölkə futbolu

SON DƏQİQƏ! “Sabah” problemi həll etdi – Azarkeşlər futbolsuz qalmayacaq

“Sabah”ın UEFA Çempionlar Liqası I təsnifat mərhələsi çərçivəsində TNS-lə keçirəcəyi cavab oyunu canlı yayımlanacaq.

Matçın yayımlı ilə bağlı problemin olduğunu xəbər vermişdik. Tərəflər maliyyə məsələsində razılığa gələ bilmirdi. Artıq problem həll olub.

İdmanxeber.az-a verilən məlumata görə, “Sabah” müəyyən bir məbləğ qarşılığında görüşün yayımını əldə edib. Qarşılaşma bu gün saat 21:30-dan etibarən “CBC Sport” telekanalından canlı yayımlanacaq. 

Xatırladaq ki, “Sabah” ilk matçda TNS-i Bakıda 2:0 hesabı ilə məğlub etmişdi.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43