Fransanın “Marsel” klubu Pyer-Emerik Obameyanqı yenidən heyətinə qatmağa hazırlaşır.
İdmanxeber.az-ın məlumatına görə, qabonlu hücumçu ilə aparılan danışıqlar müsbət yekunlaşmaq üzrədir. Təcrübəli futbolçunun yaxın günlərdə Fransaya gələrək tibbi müayinədən keçəcəyi bildirilir.
Obameyanq daha əvvəl də “Marsel”in formasını geyinmiş və uğurlu çıxışı ilə yadda qalmışdı. Tərəflərin 2 illik müqavilə imzalaması gözlənilir.

