15 İyul 2026
Dünya futbolu

“Yuventus” Sançonu transfer edir

“Yuventus” “Mançester Yunayted”in cinah oyunçusu Ceydon Sançonun transferinə bir addım da yaxınlaşıb.

İdmanxeber.az-ın məlumatına görə, Turin təmsilçisi futbolçunun nümayəndələri ilə şəxsi müqavilənin şərtləri üzrə böyük ölçüdə razılığa gəlib. Hazırda klublar arasında transfer məbləği ilə bağlı danışıqlar davam edir.

“Mançester Yunayted” 25 yaşlı vingeri bu yay satmağa hazırdır. Sanço ötən mövsümün ikinci hissəsini icarə əsasında “Çelsi”də keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43