Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu “Bavariya”nın hücumçusu Harri Keyni transfer etmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, klub futbolçuya yüksək maaşlı müqavilə təklif etməyə hazırdır. Bununla belə, ingilis forvardın hazırda Münhen təmsilçisində qalmağa üstünlük verdiyi bildirilir.
32 yaşlı hücumçu ötən mövsüm 48 oyunda 41 qol vurub və 12 məhsuldar ötürmə edib. O, Bundesliqanın bombardiri olmaqla yanaşı, komandasının ən məhsuldar futbolçusu olub.
Tərəflər arasında hələlik rəsmi danışıqların başlanmadığı vurğulanır.

