15 İyul 2026
Dünya futbolu

Premyer Liqa klubu transferi tamamlamaq istəyir

“Tottenhem” “Vest Hem”in yarımmüdafiəçisi Məhəmməd Kudusun transferini başa çatdırmaq istəyir.

İdmanxeber.az-ın məlumatına görə, London klubu qanalı futbolçu üçün yeni təklif hazırlayıb. “Vest Hem” oyunçunu satmağa yalnız yüksək məbləğ qarşılığında razıdır. Kudus ötən mövsüm İngiltərə Premyer Liqasında məhsuldar oyunu ilə bir çox aparıcı klubun diqqətini cəlb edib.

Danışıqların yaxın günlərdə sürətlənəcəyi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43