“Liverpul” PSJ-nin cinah oyunçusu Bredli Barkolanı yenidən transfer siyahısına daxil edib.
İdmanxeber.az-ın məlumatına görə, İngiltərə təmsilçisi yay pəncərəsində hücum xəttini gücləndirmək niyyətindədir.
Futbolçuya digər Avropa nəhənglərinin də maraq göstərdiyi bildirilir. Barkola ötən mövsüm 54 oyunda 24 qol və 18 məhsuldar ötürmə ilə çıxış edib.

