15 İyul 2026
Dünya futbolu

Paytaxt klubu “Real”ın hücumçusu üçün danışıq aparır

“Tottenhem” yay transfer pəncərəsində hücum xəttini gücləndirmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, London klubu “Real”ın hücumçusu Rodriqonu transfer etmək üçün danışıqları intensivləşdirib. “Tottenhem” braziliyalı futbolçunu icarəyə götürmək, daha sonra isə satınalma hüququ əldə etmək variantını nəzərdən keçirir.

Madrid təmsilçisi isə yalnız yüksək məbləğ qarşılığında futbolçunu buraxmağa razıdır. Yekun qərarın yaxın günlərdə veriləcəyi gözlənilir.

Rodriqo 2025/26 mövsümündə bütün turnirlərdə 46 oyunda 14 qol vurub, 10 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43