“Səbail” heyətini yeni oyunçu ilə gücləndirib.
İdmanxeber.az xəbər verir ki, I Liqa təmsilçisi Ehtiram Şahverdiyevi rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bayıl klubu 29 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detallarını açıqlamayıb.
Qeyd edək ki, Ehtiram Şahverdiyevin son klubu “Kəpəz” olub.

