“Arsenal” yay transfer dövründə hücum xəttini gücləndirmək üçün Bredli Barkola və Morqan Rocersi transfer etmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, London klubu hər iki futbolçu ilə bağlı paralel danışıqlar aparır. Baş məşqçi Mikel Arteta yeni mövsüm öncəsi heyətə ən azı bir yüksək səviyyəli hücumçu cəlb etmək niyyətindədir.
Transferlərin yaxın həftələrdə daha da sürətlənəcəyi gözlənilir.

