16 İyul 2026
Dünya futbolu

PSJ gənc braziliyalı uğrunda yarışa qoşuldu

Fransa mətbuatının iddiasına görə, PSJ Braziliyanın “Flamenqo” klubunda çıxış edən cinah oyunçusu Mateus Qonsalveşlə maraqlanır.

İdmanxeber.az xəbər verir ki, Paris təmsilçisi futbolçunu gələcəyin layihəsi kimi görür. Transfer uğrunda bir neçə Premyer Liqa klubu da mübarizə aparır.

19 yaşlı futbolçu ötən mövsüm 28 oyunda 6 qol vurub, 7 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43